Ermənistan və Rusiya XİN rəhbərləri Qarabağı müzakirə etdilər

Ermənistan və Rusiya XİN rəhbərləri Qarabağı müzakirə etdilər

Tərəflər həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.

Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla Yerevanda Dağlıq Qarabağ məsələsi ilə bağlı razılıqların həyata keçirilməsini müzakirə edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti yayıb.

“Görüş zamanı tərəflər Sankt-Peterburq və Vyana sammitlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə olunmuş razılıqların yerinə yetirilməsi istiqamətində atılan addımları müzakirə ediblər”, - məlumatda bildirilir.

Qeyd olunur ki, Nalbandyan və Lavrov danışıqlar zamanı həmçinin Ermənistan-Rusiya müttəfiq münasibətlərini müzakirə ediblər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.

0
17