Türkiyənin iki nəhəng klubu yeni transferlər edib

Türkiyənin iki nəhəng klubu yeni transferlər edib

Türkiyənin ən nəhəng iki klubu “Fənərbaxça” və “Qalatasaray” bu gün transfer edib.

Lent.az-ın klubların rəsmi saytlarına istinadən məlumatına görə, bu gün “sarı-laciverdlilər” hollandiyalı Gregory van der Wiellə 4 illik müqavilə imzalayıb. Bundan başqa “Fənərbaxça” Rusiya millisinin alman əsilli üzvü Roman Neustadteri də transfer etdikləri ilə bağlı açıqlama verib.

"Qalatasaray” isə bu gün “Antalyaspor”dan Emrah Başsanı transfer edib. Bundan əlavə sarı qırmızılar müqavilələrinin müddəti qurtaran Sabri Sarığolu və Hamit Altıntopla 1 illik yeni müqavilə imzalayıb.

0
16