Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə etiraz etmək niyyətindədir

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə etiraz etmək niyyətindədir

Azərbaycan idmançılarının diskvalifikasiyası haqqında qərar bəzi suallar doğurur.

Azərbaycan Ağır Atletika Federasiyası Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.

Federasiyadan Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, bununla əlaqədar olaraq Federasiya beynəlxalq hüquq şirkətlərinə müraciət etmək niyyətindədir.

Müsbət nəticəli dopinq testlər ilə bağlı dünyada baş verən son hadisələr Azərbaycan atletlərindən də yan keçməyib. Beynəlxalq Ağır Atletika Federasiyasının idmançıların diskvalifikasiyası haqqında qərarı bəzi suallar doğurur ki, Azərbaycan Ağır Atletika Federasiyası da bu suallara cavab almağa ümid edir.

Azərbaycan Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır. Bununla yanaşı, Konvensiyaya qoşulduqdan sonra Azərbaycan Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış Komitə vasitəsi ilə antidopinq üzrə qanun işləyən ilk ölkələrdən biridir. Bütün bunlar Azərbaycan Ağır Atletika Federasiyasının beynəlxalq instansiyalarda iddiasının öz müsbət həllini tapacağına əsas verir.

0
19