İtalyanın dünya şöhrətli rəssamı İsgəndərov qardaşlarının sərgisində – FOTO

İtalyanın dünya şöhrətli rəssamı İsgəndərov qardaşlarının sərgisində – FOTO

Romanın məşhur “Venanzo Croketti”Muzeyində Əli və Həsən İsgəndərov qardaşlarının fərdi sərgisi açılıb.

Sərginin təşkilatçısı İtaliyanın ən məşhur simalarından İda Mitrano olub. Sərginin açılışını Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və dünya şöhrətli rəssam Ennio Kalabria edib. Qardaşların uğurları haqda ilk olaraqsəfirimiz çıxış edib.

Ondan sonra isə Roma Rəssamlıq Akademiyasının prezidenti Alfio Mongelli, sənətşünas İlda Mitrano, məşhur rəssam Ennio Kalabria və İtaliya Beynəlxalq Şairlər Assosiasiyasının prezidenti, ədəbiyyatşünas Angello Sagnelli çıxış edib.

Çıxışı zamanı dünya şöhrətli rəssam Ennio Kalabria Əli və Həsən İsgəndərov qardaşlarının sənətinə yüksək qiymət verib. O deyib ki, bu qardaşlar İtaliya incəsənətinin ayrılmaz zirvəsidir.

Sonra çıxış edən rəssam qardaşlar onların yaradıcılığına verilən yüksək qiymətə görəİtaliyanın Mədəniyyət Nazirliyinə, Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadəyə, “Venazzo Croketti”fonduna, Alfio Mongellia və dünya şöhərtli rəsam Ennio Kalabriaya təşəkkür ediblər.

Sərgi iyulun sonuna kimi davam edəcək.

0
23