Mədrəsələrin yaradılacağı bölgələrin adları açıqlandı

Mədrəsələrin yaradılacağı bölgələrin adları açıqlandı

Yeni mədrəsələrin açılması istiqamətində intensiv hazırlıq işləri görülür.

“Bakı şəhərində və Azərbaycanın bir sıra bölgələrində yeni mədrəsələr fəaliyyətə başlayacaq”.

Oxu.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, ölkə rəhbərliyi yeni mədrəsələrin açılması barədə tapşırıq verib:

“Mədrəsələrin yaradılması prosesinə Qafqaz Müsəlmanları İdarəsi rəhbərlik edir. Ölkə rəhbərliyi bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də göstəriş verib. Dövlət Komitəsi də prosesdə iştirak edir.

Azərbaycanda yeni mədrəsələrin açılması istiqamətində intensiv hazırlıq işləri görülür”.

S.Heydərovun sözlərinə görə, Bakıda Heydərməscidinin nəzdində, Gəncədə və Lənkəranda mədrəsələrin yaradılması nəzərdə tutulub. Onun sözlərinə görə, mədrəsə məzunları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə imam və axund qismində təyin olunacaqlar.

0
13