Qəbizliyin, artıq çəkinin qarşısını alan MÖCÜZƏVİ MEYVƏ

Qəbizliyin, artıq çəkinin qarşısını alan MÖCÜZƏVİ MEYVƏ

Omegalar arasında ən az tanınan palmitoleik asit, yəni Omega 7 dəri sağlamlığı, həzm prosesi və çəkinin idarə olunması üçün təbii möcüzəvi meyvədir. Türkiyənin dünyaca məşhur ürək cərrahı, professor Mehmet Öz Omega 7 qaynağı olan yabanı iydənin bənzərsiz faydaları olduğunu bildirib. Aile.lent.az Türkiyə mediasına istinadən həkimin fikirlərini təqdim edir.

Uzman yabanı iydənin meyvəsindən Omeqa 7 ekstraktının əldə edildiyini deyir. Bu təbii maddə içilərək və ya dəriyə çəkilərək bədənə daxil olduqda antioksidan xüsusiyyəti səbəbindən dəridəki problemləri və qırışları aradan qaldırır, bağırsaq divarını gücləndirib həzmi rahatladır və faydalı olmayan yağların yığılmasının qarşısını alaraq çəkinin azalmasına kömək edir: "Təbiətdəki tək Omega 7 qaynağı olan və meyvə olaraq yeyilən yabanı iydə Uzaq Şərqdə əsrlərdir eqzema, günəş yanığı və digər yanıq növləri, dermatit, yara və iltihabların bitki mənşəli müalicəsində təsirli nəticələr ortaya qoyub. Elmi araşdırmalar Omega 7-nin yüksək qida dəyəri və yüksək miqdarda təbii kimyəvi tərkibi ilə hüceyrə pərdəsinin fiziki və romantik stresdən qorunmasında əhəmiyyətli bir rol oynadığını ortaya qoyur. Omega 7 bədənin kollagen səviyyəsini də artırır. Beləliklə də, dərinin illər ərzində elastikliyini itirərək qırışmasının qarşısını alır, dəriyə elastiklik qazandıraraq qırışları aradan qaldırır".

Həkim bildirir ki, palmitoleik turşu dərinin yağ təbəqəsinin bir komponenti olduğu üçün hüceyrə toxuması və yaranın sağalmasını dəstəkləyən, dəriyə birbaşa tətbiq oluna bilən qiymətli bir vasitədir.

Bundan başqa, rus kosmonavtlarının kosmosda günəş radiasiyasından qorunmaq üçün Omega 7-nin təbii qaynağı olan yabanı iydənin meyvələrini yedikləri və bu tərkibdə olan kremlərindən istifadə etdikləri aşkar edilib: "Yabanı iydə tərkibindəki Omega 7 turşusu baxımından tapılması çətin, amma sağlamlıq baxımından möcüzəvi bir meyvədir. Yabanı iydənin Omega 7 qaynağı olan yağı və ya Omega 7 kapsulunu nəmləndirici kimi gündə bir dəfə dəriyə çəkmək məsləhətdir. Bu zaman sərbəst radikalları nəzarət altına aldığı və dərinin nəmini artırdığı üçün sağlam bir dəriyə qovuşmağı təmin edir. Eyni zamanda, qırışları yox edərək, dərini daha gənc, gözəl bir görünüşə qovuşdurur".

Çəkinin tənzimlənməsinə kömək olur

Uzman qəbizliyin qatı yeməklər səbəbindən bağırsaq divarında arzuedilməyən selikli qişanın yaranmasından qaynaqlandığını bildirib. Tərkibində Omega 7 olan yabanı iydə yağı bağırsaq divarını gücləndirərək, axıcılıq təmin edən selikli qişanın ifraz olunmasına gətirib çıxarır. Bununla da qəbizliyin qarşısı alınır: "Siçanlar üzərində bir araşdırma aparılıb. Eyni şəkildə qidalanan iki təcrübə siçanının birində həddindən artıq çəki alınıb, ürək və şəkər xəstəlikləri müşahidə edilib. Yabanı iydə ilə aparılan təcrübədə isə artıq çəki, ürək və şəkər narahatlıqları ortaya çıxmayıb. İnsanlar üçün də vəziyyət fərqli deyil. Omega 7 lazımsız yağların yığılmasının qarşısını almaq üçün bədənə xəbərdarlıq edir və artıq çəki alınmasını maneə törədir."

Yaponiyada aparılan araşdırmalardan biri isə Omega 7-nin yağ əritməklə yanaşı, yenidən yağlanmaya da mane olduğunu sübut edib. Bu möcüzəvi maddə, eyni zamanda, maddələr mübadiləsini sürətləndirərək, bədənin insulin həssaslığını artırır. Beləcə, bədən qlükozanı yağ olaraq saxlamaq yerinə, enerjiyə çevirir və çəkiyə nəzarət asanlaşır.

0
27