Qobustanda ağır qəza: 1 ölü, 3 yaralı

Qobustanda ağır qəza: 1 ölü, 3 yaralı

DİN məlumat yaydı.

Qobustanda ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, aprelin 8-də saat 19 radələrində Qobustan şəhərində rayon sakini Elnur Qədimovun idarə etdiyi “VAZ-21214” və Şəki rayon sakini Çingiz Yusifovun idarə etdiyi “Ford” markalı (mikroavtobus) avtomobillər toqquşub. 

Nəticədə E.Qədimov və sərnişinlərindən - azyaşlı oğlu Rahid hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

0
21