İstanbul terroru ilə bağlı məhkəmə 13 nəfər barədə qərar verdi

İstanbul terroru ilə bağlı məhkəmə 13 nəfər barədə qərar verdi

İstanbul Atatürk Hava limanında baş verən terror hadisəsi ilə bağlı saxlanılan 13 nəfər məhkəmə qarşısına çıxarıldı. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 4-ü əcnəbi olan bu 13 nəfər barəsində məhkəmə həbs qərarı verib.

Bu hadisə ilə bağlı xeyli adam istintaqa cəlb edilib. Hazırda şübhəlilərin telefon danışıqları və göndərdikləri SMS-lər araşdırılır.

0
18