AÇ-2016: Fransa yarımfinalda!

AÇ-2016: Fransa yarımfinalda!

Bu gün Avro-2016-nın növbəti mərhələsinə yekun vurulub.


APA-nın məlumatına görə,  Parisin “Stad de Frans” stadionunda turnirin  sonuncu 1/4 final matçı baş tutub.


Dördüncü  yarımfinalçını müəyyən etmək üçün Fransa millisi ilə İslandiya qarşılaşıb. Matç  Fransa yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb – 5:2.


Beləliklə,  Fransa  ½  final mərhələsinə vəsiqə qazanıb.  Didye Deşamın yetirmələri yarımfinal matçında Almaniya  yığması ilə görüşəcək. Oyun iyulun 7-də, Marsel şəhərində keçiriləcək.


Digər yarımfinalda  Uels ilə Portuqaliya  üz-üzə gələcək.  Bu oyun isə iyulun 6-da, Lion şəhərində baş tutacaq.

Avropa çempionatı

1/4 final

3 iyul

 Fransa - İslandiya - 5:2

Qollar: Jiru, 13, 59, Poqba, 20, Paye, 42, Qrizman, 44 - Siqtorson, 56, Byarnason, 83

0
27