Günay Musayeva gəlinliklə dənizə girdi - Türkiyədə

Günay Musayeva gəlinliklə dənizə girdi - Türkiyədə

Bodrumda təşkil olunan moda nümayişində iştirak edən maneken Günay Musayeva gəlinliklə dənizə girib.



Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lugga Boutique Oteldə təşkil edilən dəfilədə gəlinlik, nişan paltarları nümayiş olunub. Podiuma  Günay Musayeva, Səma Şimşək, Tuğçe Sarıkaya, Ebru Ürün, Yağmur Ayaz, Zeliha Çal, Sanem Balcı kimi məşhur modellər çıxıb.

Dəfilənin sonunda gəlinliklər tanıdılıb. Digər modellərdən fərqli olaraq Günay Musayeva gəlinliklə dəniz qırağına gedib və dənizə girib. Soyuq olduğundan dənizdən tez çıxan manekenin gəlinliyi su olub. Su olan gəlinliyi ağırlaşdığı üçün otel əməkdaşlarının köməyindən istifadə edib.

Gəlinliyin çox ağırlaşdığını söyləyən model ilk dəfə bir nümayişdə dənizə girdiyini bildirib.

0
24