Millimiz Avroliqa çempionu oldu

Millimiz Avroliqa çempionu oldu

Bu gün qadın voleybolçular arasında Avropa Liqasında son oyun keçirilib. Apasport.az saytının məlumatına görə, turnirin həlledici matçı Bakıda baş tutub.

Azərbaycan və Slovakiya milliləri final mərhələsinin cavab qarşılaşmasında üz-üzə gəliblər.

İlk matçda səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn millimiz əlin düşən əla imkanı boşa verməyib.

Faiq Qarayevin yetirmələri rəqibinə heç bir şans verməyərək rahat qələbə qazanıb - 3:0.

Bununla da Azərbaycan yığması çempion olaraq tarixində ilk titulunu qazanıb. Belə ki, hər zaman Avropanın ən güclülərindən sayılan qadın yığmamız buna baxmayaraq heç bir yarışda çempion ola bilməmişdi.

Qeyd edək ki, yarışın qalibi baş mükafatla yanaşı, Dünya Qran-prisinə vəsiqə də əldə edib.

Avropa Liqası

Final mərhələsi, cavab oyunu

3 iyul

Azərbaycan – Slovakiya - 3:0 (25:15, 25:22, 25:20)

0
22