Bağdadı qan gölünə çevirdilər: ölənlərin sayı 130-u keçdi - YENİLƏNİB

Bağdadı qan gölünə çevirdilər: ölənlərin sayı 130-u keçdi - YENİLƏNİB

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq həlak olanların sayı 131 nəfərə çatıb.

Qeyd edək ki, Bağdadın mərkəzində mina ilə yüklənmiş vtomobilin partladılmasına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

xxxx

13:18

Bağdadda törədilən iki ardıcıl partlayış nəticəsində ölənlərin sayı 80 nəfəri ötüb, 100 yaralı var.

İraq Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Saad Maan bildirib.

S. Maan paytaxtın Əl-Karrada rayonunda bazarda törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatının öz üzərinə götürdüyünü də bildirib. 

----

6:47

İraqın paytaxtında iki güclü partlayış törədilib, nəticədə 24 nəfər ölüb, 60 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  birinci partlayış dini mərkəzin yaxınlığında törədilib.  Binanın yaxınlığında minalanmış avtomobil partladılıb, nəticədə 18 nəfər ölüb, 45 nəfər isə yaralanıb.

Bir müddət sonra “Əş-Şəab” bazarı yaxınlığında ikinci partlayıcı qurğu işə salınıb, nəticədə 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. 

0
15