Almaniya millisinin iki futbolçusu zədələnib

AÇ-2016-nın 1/4 final matçında İtaliyanı əsas vaxtı 1:1 bitən oyundan sonra penaltilərlə məğlub edən Almaniya millisi yarımfinala yüksəlib. Apasport.az saytının məlumatına görə, bu qələbə almanlara elə də asan başa gəlməyib.

Belə ki, “bundestim” İtaliya ilə oynunun gedişində zədələnərək meydanı tərk edən iki oyunçusunun xidmətindən məhrum olub. Qarşılaşmanın əvvəllərində Sami Xedira, ikinci hissədə isə Mario Qomez xəsarət alaraq oyunu davam etdirə bilməyiblər.

Matçdan sonra “goal.com” saytına açıqlama verən Almaniya millisinin baş məşqçisi Yoahim Löv hər iki oyunçunun vəziyyətinin qeyri-müəyyən olduğunu deyib: “Xedira və Qomezin vəziyyəti qeyri-müəyyəndi. Onların yarımfinala kimi sağalıb sıraya qoşulacaqları mümkün kimi görünmür. Ancaq biz ümid edirik ki, bu iki oyunçunun xidmətindən istifadə edə biləcəyik”.

Qeyd edək ki, Almaniya millisinin yarımfinaldakı rəqibi bu gün keçiriləcək Fransa – İslandiya matçının qalib olacaq.

0
10