Ümumdünya ticarət mərkəzində vağzal, Nyu-York, ABŞ
Dünyanın ən bahalı vağzalı 11 sentyabr teraktından sonra dağıntıların olduğu yerdə tikilib. Santyaqo Kalatravanın layihəsi elliptik formaya sahibdir və qanadları xatırladır. Memarın özü binanın layihəsi üzərində işləyərkən,"quşu əlindən buraxan, bununla da öz arzusunu azad edən uşağı" təsəvvür edib. Vağzal dəmiryolunun şəhərkənarı xətlərini metro xətləri ilə birləşdirir.

Çxatrapati Şivaci vağzalı, Mumbay, Hindistan
Bu tarixi dəmiryol vağzalı Hindistanda ən böyük vağzaldır və şəhərin ən gözəl binalarından birində yerləşir. Vağzal 19-cu əsrin sonunda britaniyalı memar Uilyam Stivensin layihəsi üzrə tikilib. Bina viktorian və qədim hind memarlığı ənənələrinin gözəl vəhdətidir. İlkin olaraq vağzal kraliça Viktoriyanın adını daşıyırdı, ancaq 1996-cı ildə Hindistanın milli qəhrəmanı Çxatrapati Şivacinin şərəfinə adlandırıldı. 2004-cü ildə YUNESKO-nun Ümumdünya irsi tikililərinin siyahısına daxil edilib.

Antverpen mərkəzi vağzalı, Belçika
Vağzal 1905-ci ildə köhnə Şərq stansiyasının yerində tikilib. Tikinti işləri 10 ilə yaxın davam edib. Layihəni memar Lui Delasenzeri hazırlayıb. 1975-ci ildə vağzala memarlıq abidəsi statusu verilib.Qotik stilində olan əzəmətli bina öz dəbdəbəsi ilə heyran edir. Onun xüsusiyyətlərindən biri 75 metrlik böyük günbəzdir. Tərtibatda 20-dən çox daş və mərmər növü istifadə edilib.

Atoça vağzalı, Madrid, İspaniya
Tropik bağ, 22 növ balıq və tısbağalarla su hövzəsi - bu yer nəqliyyat qovşağından daha çox botika bağı və ya parkı xatırladır. Vağzalın binası 1851-ci ildə tikilib, sonuncu dəfə onu 1992-c ildə Barselonadakı yay Olimpiya oyunları ərəfəsində yenidən tikiblər.

Parisdə Şimal vağzalı, Fransa
Avropanın ən böyük dəmiryol vağzalı Parisdəki Şimal vağzalıdır. Hər il vağzal 190 milyondan insan qəbul edir və yola salır. Vağzal hazırkı görünüşü ilə 1865-ci ildə açılıb. Fasad qələbə tağı şəklində hazırlanıb və qatarların buradan getdiyi şəhərləri simvolizə edən heykəllərlə bəzədilib.

Sen Bentu vağzalı, Portu, Portuqaliya
Zahirən 19-cu əsr Paris memarlığını xatırladan bu vağzal, əlbəttə ki, içəridən də gözəldir. Böyük əsas zalın divarları 20 min möhtəşəm, məşhur azuleji plitələri ilə örtülüb, onların üzərinin bəzədilməsinə rəssam Xorxe Kolako öz həyatının 11 ilini sərf edib. Göy və ağ naxışlar daşınmaların tarixini əks etdirir.



http://www.buro247.az/lifestyle/design-and-arhitecture/d-nyan-n-n-g-z-l-va-zallar.html

0
30