Yeni yaradılmış ASC-nin statusu müəyyənləşdi

Yeni yaradılmış ASC-nin statusu müəyyənləşdi

Azərbaycan prezidenti İlham Əliyevin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə yaradılan  “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin hüquqi statusu müəyyənləşdirilib.

Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən yaradılan  “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC təsərrüfathesablı, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təşkilat olacaq.

Qeyd edək ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir.

0
25