Azərbaycan güləşçisi Almaniya Qran-prisində qızıl medala sahib olub

Azərbaycan güləşçisi Almaniya Qran-prisində qızıl medala sahib olub

Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri beynəlxalq turniri davam edir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, yarışda iştirak edən Azərbaycan yığması ilk medalını qazanıb.

97 kq-da mübarizə aparan komandamızın kapitanı Xetaq Qazyumov bütün rəqiblərini üstələyərək finala yüksəlib. Fransa və Türkiyədən olan rəqiblərini asanlıqla məğlub edən Xetaq, yarımfinalda son dünya çempionu olan ABŞ təmsilçisi Kyle Snyderlə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin üstünlüyü ilə başa çatıb. Xetaq Qazyumov finalda Polşa təmsilçisi Radoslav Baranı 5:0 hesabı ilə yenib.

0
18