Yoxa çıxan “İl – 76” -nın qalıqları tapıldı

Yoxa çıxan “İl – 76” -nın qalıqları tapıldı

İyulun 1-də səhər saatlarında Rusiyanın İrkutsk vilayətində yoxa çıxan FHN-ə məxsus “İl – 76” təyyarəsinin qalıqları Kaçuq rayonunda aşkarlanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bölgə hökumətindən bildirilib.

“Təyyarənin arxa hissəsi və digər fraqmentləri aşkarlanıb”, - deyə mənbə bildirib.

Təyyarənin qəza nəticəsində tamamilə parçalandığı və yandığı bildirilir: “Saat 02.00 radələrində (Bakı vaxtilə 03.00 radələrində) Rıbnıy Uyan yaşayış məntəqəsindən 4 km cənubda, təpənin yamacında FHN-ə məxsus yoxa çıxan  “İl – 76” təyyarəsi aşkarlanıb. Təyyarə tamamilə parçalanıb”.     

Qeyd edək ki,  yoxa çıxan FHN-ə məxsus “İl – 76” təyyarəsi meşə yanğınlarının söndürülməsində iştirak edib. Onunla əlaqə  iyulun 1-də səhər saatlarında itib. Qəzanın səbəbləri hələlik məlum deyil.

Məlumata görə, təyyarənin göyərtəsində 10 nəfər olub.

0
14