İki partlayış 24 can aldı

İki partlayış 24 can aldı

İraqın paytaxtında iki güclü partlayış törədilib, nəticədə 24 nəfər ölüb, 60 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  birinci partlayış dini mərkəzin yaxınlığında törədilib.  Binanın yaxınlığında minalanmış avtomobil partladılıb, nəticədə 18 nəfər ölüb, 45 nəfər isə yaralanıb.

Bir müddət sonra “Əş-Şəab” bazarı yaxınlığında ikinci partlayıcı qurğu işə salınıb, nəticədə 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

0
8