Dünya çempionatının formatı dəyişə bilər: 40 komanda

Dünya çempionatının formatı dəyişə bilər: 40 komanda

FİFA prezidenti Canni İnfantino gələcəkdə dünya çempionatının final mərhələsində 40 komandanın iştirak edə biləcəyini deyib. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Bild” nəşrinə danışan FİFA prezidenti ilk dəfə 24 komanda arasında keçirilən cari Avropa çempionatı barədə də fikirlərini bildirib: “AÇ-2016-da indiyə qədər baş tutmuş oyunları darıxdırıcı hesab etmirəm. İştirakçı komandaların hamısı yüksək səviyyədə futbol nümayiş etdiriblər”.

İnfantino 2026-cı ildən etibarən dünya çempionatının final mərhələsində də komandaların sayının artırılaraq 40-a çatdırıla biləcəyini deyib: “Məsələylə bağlı futbolçular, klub rəhbərləri, federasiyalarla görüşlər keçirəcəyik. Bundan sonra dünya çempionatının 40 komandayla keçirilməsinə münasibəti tam öyrənə bilərik. Ancaq Amerika kuboku və Avropa çempionatlarına azarkeşlərin marağını nəzərə alsaq, məncə, 40 komandalı dünya çempiontı futbolun kütləviliyini artırmaq baxımından faydalı ola bilər”.

0
17