Almaniya yığması İtaliyaya penaltilər seriyasında qalib gəldi – VİDEO

Almaniya yığması İtaliyaya penaltilər seriyasında qalib gəldi – VİDEO

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb.

Almaniya millisi Avropa çempionatının1 1/4 final mərhələsində İtaliya komandasına qalib gələrək növbəti mərhələyə yüksəlib.

Oxu.Az xəbər verir ki, Bordonun “Matmut Atlantik” stadionunda keçirilən oyunun əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı matçın 64-cü dəqiqəsində Məsut Özil açıb. İtalyanlar qarşılaşmanın 78-ci dəqiqəsində Leonardo Bonucci penaltidən vurduğu qol ilə oyunda “status-kvo”nu bərpa ediblər.

Penaltilər seriyasında isə Almaniya yığması daha dəqiq olub (5:4).

Avropa çempionatının yarımfinal mərhələsində Yoahim Lövin yetirmələri iyulun 3-də keçiriləcək Fransa-İslandiya cütlüyünün qalibi ilə qarşılaşacaq.

0
10