Rusiyada 1 milyondan çox sakin işıqsız qaldı

Rusiyada 1 milyondan çox sakin işıqsız qaldı

Rusiyada qəza nəticəsində  “Başqırdıstan Elektrik Şəbəkəsi” şirkəti tərəfindən elektrik enerjisinin verilişində fasilə yaranıb.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  nəticədə Ural regionunda 1 milyondan çox sakin elektrik enerjisiz qalıb.

“Ümumilikdə  1.138.200 nəfər işıqsız qalıb”, - deyə şirkətin məlumatında bildirilir.

Məlumata görə, Başqırdıstanda 703,4 min, Çelyabinsk vilayətində 430 min, Orenburq vilayətində 4,8 minədək sakin elektrik enerjisiz qalıb.  

0
11