Türkiyə ABŞ-dan İstanbulda terror aktının təşkilatçısının saxlanılması üçün yardım istəyib

Türkiyə ABŞ-dan İstanbulda terror aktının təşkilatçısının saxlanılması üçün yardım istəyib

Türkiyə hökuməti İstanbulun Atatürk hava limanında törədilən terror aktının təşkilatçısı olduğu ehtimal edilən Əhməd Çatayevin saxlanılması üçün ABŞ-dan yardım istəyib.

Oxu.Az-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  “Wall Street Journal” məlumat yayıb.   

Məlumata görə, ABŞ-ın kəşfiyyat qurumları Türkiyənin xüsusi xidmət orqanlarına Əhməd Çatayevin  Atatürkhava limanında törədilən terror aktının mümkün təşkilatçısı olması barədə məlumat veriblər. Onun çeçenlərdən ibarət cinayətkar dəstənin üzvü olduğu bildirilir.
 
Türkiyənin rəsmi qurumları hələlik Çatayevin terror aktının törədilməsində şübhəli şəxs olduğunu elan etməyiblər. Türkiyə XİN-i törədilən terror aktında Çatayevin rolu və ABŞ-a yardımla əlaqədar müraciət olunub-olunmaması ilə bağlı jurnalist sorğusunu cavabsız qoyub.

Türkiyə terror aktının təşkilatçısı olduğu ehtimal edilən Çeçenistanın Veden rayonunun sakini Əhməd Çatayev bir müddət Gürcüstanda yaşayıb. Gürcüstan vətəndaşlığı aldıqdan sonra o, 2015-ci ildə Suriyaya yollanıb.    
 
Bundan əvvəl Türkiyə mətbuatı prokurorluq orqanlarına istinadən  Atatürkhava limanında  terror aktının icraçılarının Rusiya (Dağıstan), Qırğızıstan və Özbəkistan vətəndaşları olduğu barədə məlumat yayılıb. 

0
19