​Sabah Bakının bəzi ərazilərində təbii qaz olmayacaq

​Sabah Bakının bəzi ərazilərində təbii qaz olmayacaq

“Azəriqaz” abonentlərə xəbərdarlıq etdi.

Sabah Bakının Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrinin, eləcə də 20-ci sahə yaşayış massivinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, fasilələrin yaranması abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və diametri 720 mm-lik orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədardır.

Aparılan işlərin Yasamal rayonu Nizami və Ə.Quliyev küçələri, həmçinin Nəsimi rayonu D.Əliyeva küçəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

0
9