İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Dövlət başçısı təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Pezidenti Aleksandr Lukaşenkonu təbrik edib.

Oxu.Az-ın xəbərinə görə, məktubda Azərbaycan və Belarusu tarixən təşəkkül tapan dostluq və əməkdaşlıq münasibətlərinin bağladığı vurğulanıb: 

“Sevindirici haldır ki, bizim hərtərəfli əməkdaşlığımız bu gün də dinamik inkişaf edir, Azərbaycan ilə Belarusun çoxplanlı qarşılıqlı fəaliyyətinə hər cəhətdən kömək edir.

Əminəm ki, xalqlarımızın maraqları, ölkələrimizin inkişafı naminə birgə səylərimiz Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə yönələcək”.

0
7