“Aya Sofya”da 85 ildən sonra ilk dəfə azan oxundu

“Aya Sofya”da 85 ildən sonra ilk dəfə azan oxundu

Mərasim TRT Diyanet TV kanalı ilə canlı yayımlanıb.

Bu gün, iyulun 2-də, Türkiyənin İstanbulda şəhərində “Aya Sofya” məscidində 85 ildən sonra ilk dəfə azan oxundu.

Oxu.Az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, mərasim TRT Diyanet TV kanalı ilə canlı yayımlanıb.

Xatırladaq ki, bundan əvvəl Yunanıstanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyə hökümətinin İstanbulda Aya Sofya məscidində müqəddəs Ramazan ayında Quranın oxudulması qərarını sərt şəkildə qınayıb.

“Biz Türkiyə hökümətinin İstanbulda Aya Sofya məscidində Ramazan ayında Quranın oxudulması ilə bağlı qərarını qətiyyən pisləyirik. Dünya irs mədəniyyətinin tarixi abidəsində fanatizmlə dolu müsəlman ayinlərinin keçirilməsi anlaşılmazdır, hörmətsizlikdir və reallıq ilə əlaqəsi yoxdur. Bu cür hərəkətlər müasir, demokratik, dünyəvi cəmiyyətlərə uyğun deyil”, - deyə Yunanıstan XİN-in bəyanatında bildirilirdi.

0
11