Tbilisidə Azərbaycan əleyhinə tədbirin qarşısı alınıb

Tbilisidə Azərbaycan əleyhinə tədbirin qarşısı alınıb

Tədbir Azərbaycan nümayəndələri ilə yanaşı, gürcü politoloqları və QHT nümayəndələri tərəfindən də etirazla qarşılanıb.

Gürcüstanda bir qrup qeyri-hökumət təşkilatının (QHT) nümayəndəsi Azərbaycan əleyhinə tədbir keçirməyə cəhd göstərib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Avropanın anti-Azərbaycan qüvvələri tərəfindən maliyyələşən həmin təşkilatların azərbaycanlı nümayəndələri norveçli himayədarları ilə birlikdə ölkəmizdə insan haqlarının pozulması, insanların ağır sosial-iqtisadi vəziyyətdə yaşamaları barədə böhtan xarakterli çıxışlar edib, Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmağa çalışıblar.

Onların bu çıxışları Azərbaycan nümayəndələri ilə yanaşı, gürcü politoloqları və QHT nümayəndələri tərəfindən etirazla qarşılanıb.

Gürcüstanda İnsan Haqlarını Müdafiə Təşkilatının rəhbəri, hüquq müdafiəçisi Levon Çxeidze, Gürcüstan-Qafqaz Strateji Təhqiqatlar İnstitutunun prorektoru Simon Kopadze, “Art-Paralel” televiziya şirkətinin direktoru Tengiz Txivala Azərbaycanın iqtisadi inkişafı, Cənubi Qafqazdakı aparıcı rolundan bəhs ediblər və ölkəmizdə formalaşan orta təbəqənin demokratiyanın göstəricisi olduğunu diqqətə çatdırıblar.

Milli Məclisin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Nəbizadə isə Azərbaycanda söz azadlığının yüksək səviyyədə qorunduğunu, müxalifət qəzetlərinə, qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən təmənnasız maliyyə yardımlarının göstərildiyini, qəzetlərin dövlət nəşriyyatına olan borclarının silindiyini konkret faktlarla diqqətə çatdırıb.

Norveçdən olan deputatlar və politoloqlar, eləcə də bəzi azərbaycanlı QHT rəhbərləri bundan sonra tədbiri dayandırıblar.

0
15