Azərbaycanda qanunsuz bank xidməti fəaliyyətinin qarşısı alınıb

Azərbaycanda qanunsuz bank xidməti fəaliyyətinin qarşısı alınıb

Maliyyə bazarlarında monitorinqlər davam etdirilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, iclasda Palatanın cari fəaliyyəti ilə əlaqədar bir sıra məsələlər, o cümlədən bank sektorunda həyata keçirilən nəzarət tədbirləri müzakirə edilib.

MBNP tərəfindən həyata keçirilmiş monitorinqlər nəticəsində “Parabank” ASC-nin Sumqayıt filialının nəzdində filialdan kənar ərazidə müvafiq icazəsi olmadan fəaliyyət göstərən struktur bölmə aşkar olunub və aparılmış yoxlamalar qeyri-qanuni bank xidmətlərinin göstərilməsi faktını təsbit edib.

“Banklar haqqında” Azərbaycan Qanununa müvafiq olaraq, Direktorlar Şurası “Parabank” ASC-nin Sumqayıt filialına bank fəaliyyətini həyata keçirməyə verilmiş icazənin ləğv edilməsi, 1 il müddətində “Parabank” ASC tərəfindən filial və şöbələrin açılmasının dayandırılması və Sumqayıt filialının inzibatçılarının tutduğu vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib.

İclasın davamında gündəlikdə duran bir sıra cari məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə vasitəçilərinə daxili nəzarət sistemlərinin gücləndirilməsi və təkmilləşdirilməsini tövsiyə edir.

Maliyyə bazarlarında monitorinqlər davam etdirilir və qanun pozuntusu hallar aşkar edilərsə müvafiq tədbirlər görüləcək.

0
4