Banqladeşdə terror: 26 nəfər ölüb – YENİLƏNİB + FOTO

Banqladeşdə terror: 26 nəfər ölüb – YENİLƏNİB + FOTO

Öldürülən girovların hamısı xarici vətəndaşlardır.

Banqladeşin paytaxtında restorana hücum zamanı altısı terrorçu olmaqla, iyirmi altı nəfər ölüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə iyulun 2-də ölkənin hərbi qurumuna istinadən Reuters nəşri xəbər verir.

Qətlə yetirilən girovların hamısı xaricilərdir, onların əksəriyyəti Yaponiya və İtaliya vətəndaşlarıdır.

Rəsmi məlumata əsasən, biri Yaponiya və ikisi Şri-Lanka vətəndaşı olmaqla, 13 nəfərin həyatını xilas etmək mümkün olub.

09:10

Bir qrup silahlı şəxs Banqladeşin paytaxtı Dəkkə şəhərindəki Gulşa diplomatik klvartalında yerləşən “Holey Artisan Bakery” restoranına hücum edib. 

Oxu.Az ”-yə istinadən xəbər verir ki, onlar paytaxtdakı “Holey Artisan Bakery” restoranına hücum edərək 20 nəfəri girov götürüb. 

Terrorçuların hücumu zamanı 30-dan çox adam yaralanıb. 

Silahlı şəxslər tərəfindən restoranda girov götürülmüş şəxslərın xilas edilməsi əməliyyatına 100 xüsusi hərbçi cəlb edilib. 

Əməliyyat zamanı 5 nəfər ölüb. 

Polisin yaydığı ən son məlumata görə, xilasetmə əməliyyatında azad edilənlərin sayı 11 nəfərə çatıb.

0
6