Peterburqda azərbaycanlı taksi sürücüsü iki sərnişini zorlayıb

Peterburqda azərbaycanlı taksi sürücüsü iki sərnişini zorlayıb

O, göz altına alınıb.

Peterburqda Azərbaycan vətəndaşı olan sürücü iki qadın sərnişini təcavüz etməkdə ittiham olunur. 

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, qadınlar zorlanma haqqında martın 28-də bildiriblər, onlar eyni gündə, eyni taksi sürücüsü tərəfindən təcavüzə məruz qalıblar. 

Təcavüzkarı aprelin 5-də saxlayıblar, amma bu işə aidiyyatının olmasına dair yoxlama zamanı o, hüquq mühafizəçilərindən qaça bilib. 

Cinayətkar axtarışa verilib, onu Moskvada həbs edilərək Peterburqa gətirilib. 

İndi 31 yaşlı taksi sürücüsü göz altına alınıb, ona qarşı ittiham irəli sürülüb.

0
25