Dəkkədə girovlar azad edildi: 5 nəfər ölüb

Dəkkədə girovlar azad edildi: 5 nəfər ölüb

Banqladeşin paytaxtı Dəkkədə  polis restoranda girovgötürülənlərdən azı 10 nəfəri  azad edib, 5 nəfərin öldüyü bildirilir.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan ikisi xarici vətəndaşlardır.

Məlumata əsasən, ərazidə bir neçə partlayış baş verib, atışma səsləri eşidilir.

Banqladeş polisi girovların azad edilməsi məqsədi ilə xüsusi əməliyyat keçirir. Əməliyyatda 100-dən  xüsusi təyinatlı döyüşçünün iştirak etdiyi bildirilir. İlkin məlumata görə, silahlılarla atışma zamanı 2 polis əməkdaşı ölüb.

Xatırladaq ki, ötən axşam Dəkkədə naməlum silahlılar diplomatik məhəllədə yerləşən restorana hücum edib. İnsidentə görə İŞİD məsuliyyəti öz üzərinə götürüb.

0
15