Kris Kolman: “İnanılmaz dərəcədə xoşbəxtəm”

Kris Kolman: “İnanılmaz dərəcədə xoşbəxtəm”

 “Qrup mərhələsini adladıqdan sonra özümüzü daha rahat hiss etməyə başladıq. Belçikanın favorit olduğunu anlayırdıq, amma Şimal İrlandiya üzərində qələbə də asan əldə olunmamışdı”.

APA-nın “Eurosport”-a istinadən verdiyi xəbərə görə, bu barədə Uels yığma komandasının baş məşqçisi Kris Kolman bildirib.

“Oyunçularımla fəxr edirəm. Belçikalıları təəccübləndirə bildik. Bu gün gözəl futbol nümayiş etdirdik. İlk 15 dəqiqə ərzində oyuna nəzarət edə bilməsək də, sonra özümüzü ələ alaraq oyunu bizə sərf edən məcraya yönəldə bildik. Düşünürəm ki, ikinci hissədə belçikalılar oyunda dönüş yarada biləcəklərinə əmin idilər. Lakin biz iki cavabsız qol vuraraq müsbət nəticə əldə edə bildik. Dörd il əvvəl belə uğurdan çox uzaq idim , uğursuzluqlarım da az olmayıb, bu gün isə inanılmaz dərəcədə xoşbəxtəm”, deyə məşqçi bildirib.

Xatırladaq ki, futbol üzrə Uels yığma komandası Belçikanı məğlub edərək (3:1), tarixində ilk dəfə olaraq Avropa Çempionatının ½  final mərhələsinə vəsiqə qazanıb.

0
18