Cəbhə xəttində cəsədlərin axtarışı və dəyişdirilməsi davam edəcək

Cəbhə xəttində cəsədlərin axtarışı və dəyişdirilməsi davam edəcək

“Əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib”.

Dağlıq Qarabağda təmas xəttində cəsədlərin axtarışı və dəyişdirilməsi daha bir-iki gün davam edəcək. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi bəyan edib.

“Bəli, prosses bu gün, yəqin ki, tam bitənə qədər, hələ bir-iki gün də davam edəcək”, - deyə bildirib. 

“Bununla yanaşı, əlavə təhlükəsizlik və bu cəsədlərin dəyişdiriləcəyi ərazidə atəşkəsə daha ciddi riayət edilməsinə dair tədbirlər həyata keçirilir. Cəsədlərin çoxu cəbhə xəttindədir, onların müvafiq strukturlar tərəfindən çıxardılması üçün əlavə təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi lazımdır”, - o deyib.

0
50