Məkkədə zəvvarlara elektron qolbaqlar veriləcək

Məkkədə zəvvarlara elektron qolbaqlar veriləcək

Səudiyyə Ərəbistanı bu il Məkkəyə Həccə ziyarətinə gələn zəvvarlara elektron qolbaqlar paylayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə cümə günü Britaniyanın BBC teleşirkəti məlumat yayıb.

Teleşirkətin məlumatına görə, sahib haqqında şəxsi və tibbi məlumatlar olacaq, zəvvarların kimliyinin müəyyənləşdirilməsi və lazımi halda yardımın göstərilməsi üçün lazımdır.

Qolbaqlar həmçinin namaz vaxtını göstərəcək və ərəb dilini bilməyən şəxslər üçün yerləşdiyi məkanı müəyyənləşdirməkdə yardım edəcək.

Bununla yanaşı, zəvvarların daha çox toplaşdığı yerdə 1000-dən çox müşahidə kamerası olacaq.

Ölkə hakimiyyəti bu tədbirin həyata keçirilməsi qərarına keçən il sıxlıqda 750-dən çox zəvvarın dünyasını dəyişdikdən və 900-dən çox adamın xəsarət almasından sonra gəlib.

0
31