Yeni seçilən prezidentin ilk əmri:"Onları öldürün"

Yeni seçilən prezidentin ilk əmri:"Onları öldürün"

Filippinin yeni seçilən prezidenti Rodrigo Duterte andiçmə mərasimindən sonra qalmaqallı açıqlama ilə çıxış edib.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hakimiyyətin başına gəldiyi gün prezident sarayında Rodrigo Duterte mətbuat konfransı keçirib.

71 yaşlı prezident narkotik maddə tacirlərini və aludəçilərini öldürməyə çağırıb: “Onlar o gözəl uşaqları zəhərləyir, məhv edirlər. Bu yola girməyin heç zaman.  Polis belə olsanız, sizi özüm öldürərəm. Siz də harada narkotik aludəçisi görsəniz, gedin öldürün. Çünki ailələri üçün bu çətin olacaq”.

0
16