"Beşiktaş" "Fənərbaxça"dan ayrılan futbolçu ilə müqavilə imzaladı

"Beşiktaş" "Fənərbaxça"dan ayrılan futbolçu ilə müqavilə imzaladı

Türkiyə millisinin müdafiəçisi Gökhan Gönül rəsmən “Beşiktaş”lı olub.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Gökhanla İstanbul klubu ilə 4 illik müqavilə imzalanıb.

Müqaviləyə əsasən  Gökhan iki il hər birində 1 milyon 750 min, 2018/2019 mövsümündə 1 milyon 700 min, 2019/2020 mövsümündə isə 1 milyon 650 min avro maaş alacaq.

Qeyd edək ki, Gökhan Gönül 2007-ci ildən “Fənərbaxça”nın formasını geyinirdi. Bu ilin sonunda "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırımla problemlərinə görə klubdan ayrılıb

0
22