Özbəkistanda “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib – FOTO

Özbəkistanda “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib – FOTO

Yaxşı nəticə göstərən şagirdlər mükafatlandırılıb.

Daşkənddəki 30 saylı İnternat məktəbinin uşaqları üçün Özbəkistanın Çervak gölünün ətrafında 28 iyunda təşkil edilmiş yay düşərgəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, xeyriyyə tədbirində Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, məktəbin müəllim və şagird heyəti iştirak ediblər.

Bədii hissədə uşaqlar arasında maraqlı viktorinalar keçirilib, yeniyetmələrə Azərbaycan, Özbəkistanın dövlət simvolları, mədəniyyəti, ədəbiyyatına dair suallar verilib, yaxşı nəticə göstərən şagirdlərə hədiyyələr təqdim olunub.

Sonra Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi nümayiş etdiriblər.

Aytən Sadıqzadə

0
25