Şəhid əsgərin Facebook statusu: Getdik, istiqamət doğma Qarabağ!

Şəhid əsgərin Facebook statusu: Getdik, istiqamət doğma Qarabağ!

“23 illik həyatım boş yere getməyib”.

Cəbhdə xəttində gedən döyüşlərdə şəhid olan Qurbanlı Fəxrəddin Seyfəddin oğlu Azərbaycan Universitetinin məzunu olub.

Oxu.Az xəbər verir ki, o hərbi xidmətini yerinə yetirərkən Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhid olub. 

Şəhid əsgərin məzuniyyətdən qayıdarkən sosial şəbəkədə yazdığı status diqqət çəkib:

“Və budur kiçik, amma gözəl olan məzuniyyət bu gün bitdi. Səhər yenə əsgər həyatına davam, amma bu da müvəqqətidir, 5ay. Məzuniyyətdə olduğun vaxt hiss elədim ki, 23 illik həyatım boş yere getməyib, sağ olsun dostlar, tanışlar.

Xüsusilə deməyə ehtiyac yoxdur, çünki mənim bütün dostlarım xüsusidir. Bəzi insanları görə bilmədim, Özünüzə yaxşı baxın, gedib də gəlməmək, gəlib də görməmək var. Getdik, istiqamət Tərtər, Doğma Qarabağ!”

0
744