“Baku Steel Company”da partlayış: Yaralılar var – YENİLƏNİB

“Baku Steel Company”da partlayış: Yaralılar var – YENİLƏNİB

Yaralılardan üçünün vəziyyəti orta ağırdır.

“Baku Steel Company” MMC-də baş verən partlayışla bağlı cinayət işi başlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

14:23

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini, 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.

Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Ə.Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

0
23