Avstriyada prezident seçkilərinin nəticələri ləğv edilib

Avstriyada prezident seçkilərinin nəticələri ləğv edilib

Avstriyada prezident seçkilərinin nəticələri ləğv edilib

Lent.az-ın Cihan Xəbər Agentliyinə istinadən məlumatına görə, Konstitusiya Məhkəməsini mayın 22-də keçirilən seçkilərinin nəticələrini ləğv edərək, yenidən seçki keçirilməsi ilə bağlı qərar qəbul edib.

Belə ki, seçkilər zamanı iki partiya arasında qızğın mübarizə gedib. Seçkilərdə Alexander Van Der Bellen qalib gəlmiş, yalnız Azadlıq partiyasının (FBÖ) seçkilərin qanunsuz keçirildiyini və saxtakarlıq edildiyi ilə bağlı məhkəməyə müraciət etmişdi.

Yaşıllar Partiyasının keçmiş rəhbəri, müstəqil namizəd Aleksandr Van der Bellen 30 min səs çoxluğu ilə Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer üzərində qələbə qazanmışdı.

Konstitusiya Məhkəməsinin qərarına əsasən, prezident seçkilərinin ikinci turu bütün ölkə ərazisində təkrarlanmalıdır.

0
12