Tanınmış psixoterapevt: Seks ən müqəddəs ibadətdir

Tanınmış psixoterapevt: Seks ən müqəddəs ibadətdir

“Azərbaycanın genefondu korlanıb”.

“Bizdə seks çox iyrənc bir şey kimi çatdırılır. İntim həyat, seks çox müqəddəs bir ritualdır, ibadətdir. Bəlkə də, ən müqəddəs ibadətdir. İnsanın kamilliyə doğru yolunda ən gözəl bir ritualdır. Sadəcə olaraq, primitiv insanlar bunu iyrənc bir formada dərk edirlər”. 

Oxu.Az xəbər verir ki, bunu tanınmış psixoterapevt Elmir Əkbər Modern.az-a deyib.

Onun sözlərinə görə, Azərbaycanın genefondu korlanıb. 

“Bizdə kimisə qızışdırıb qabağa, döyüşə verirlər. Milli qeyrət hissi olanların çoxunu qırğına verirlər. Qalanlar kim olur? Qorxaqlar, qaçanlar.

Sonra da o qorxağın nəsli artır. Onlar da onun kimi qorxaq olur. Nəticədə nə baş verir? Millətin genefondu korlanır. Hər müharibə xalqın genefondunu korlamaq deməkdir. Müharibəyə kimlər gedir? Cəsarətli, sağlam, mərd insanlar. 

Onlar gedir, ölür. Qalanlar kim olur? Şikəstlər, hərbi xidmətə yararsızlar və qorxaqlar. Onların da nəsil artırmağı gətirib bugünkü deqradasiyaya çıxarır. Bunlar genlərin dəyişməsini sübut etmir?!”. – deyə, o bildirib.

0
21