Ledi Qaqa toyunu təxirə saldı

Ledi Qaqa toyunu təxirə saldı

Qərarın əsl səbəbi məlum oldu.

Pərəstişkarlara vəd edildiyi kimi, bu yay məşhur amerikalı müğənni Ledi Qaqa ilə nişanlısı, aktyor Teylor Kinni toy etməli idilər, amma nikah mərasimi qeyri-müəyyən vaxta təxirə salınıb. 

Oxu.Az bu barədə xarici KİV-nə istinadən xəbər verir. 

Məlumatı yayan mənbədə iddia olunur ki, bu qərarın səbəbi sevgililər arasındakı anlaşılmazlıq deyil, tezliklə valideyn olmaq arzusudur. 

Müğənni və onun nişanlısı tezliklə varis sahibi olmaq üçün hətta xüsusi yeməklər hazırlayacaq aşpaz da tutub. Müğənni həmçinin hamilələr üçün vitaminlər də qəbul etməyə başlayıb. 

Qaqa və Kinni Malibudakı evlərinin otaqlarından birini uşaq otağı kimi dəyişdirməyə başlayıblar. Müğənni söyləyib ki, gələn il artıq varisləri dünyaya gələcək. Sonra isə toy etmək olar. 

Aytən Sadıqzadə

0
14