Rövşən Lənkəranskinin dostları Çia və Zura bir-birini xilas edərkən “işə düşdülər”

Rövşən Lənkəranskinin dostları Çia və Zura bir-birini xilas edərkən “işə düşdülər”

“Zura”nın dostu, digər “vor zakon” Laşa Barateli (“Çia” ləqəbli) onun saxlanılmasından xəbər tutan kimi köməyə can atıb.

Dünən Sankt-Peterburqun kriminal xronikasına gürcü əsilli iki dost Laşa Barateli (Çia Senakski) və Serqo Tsotsxalaşvili (Zura Kaxetinets) düşüb. 

Oxu.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir. 

Sankt-Peterburqun Kasıqin küçəsində yerləşən Baş İstintaq İdarəsinin binasına gələn Çia əməliyyatçılar tərəfindən miqrasiya rejimini pozduğu üçün saxlanılıb, halbuki, Kaxetinesin özü profilaktik söhbətdən sonra buraxılıb. 

“Çia” və “Zura” 2014-cü ildə Türkiyədə “Rövşən Lənkəranski”nin keçirdiyi “sxodka”da “vor” titulunu alıb. Bununla belə, kriminal aləmdə onların statusunu qəbul etmirlər.

0
12