Saakaşvili İstanbul terrorunda İvanişvili hakimiyyətini İTTİHAM ETDİ

Saakaşvili İstanbul terrorunda İvanişvili hakimiyyətini İTTİHAM ETDİ

"Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk hava limanında baş verən terrorda şübhəli bilinən çeçen Əhməd Çatayevi Bidzina İvanişvili hakimiyyəti həbsdən buraxıb".

Lent.az-ın anspress-ə istinadən məlumatına görə, bunu Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili bildirib.

Onun sözlərinə görə, Atatürk hava limanında hücumda şübhəli bilinən, əslən Çeçenistandan olan Çatayev bir neçə ay Gürcüstanda həbsdə olub.

"Mən Gürcüstanda hakimiyyətdə olanda hazırda Odessa polisinə rəhbərlik edən general Qeorqi Lordkipanidzenin rəhərliyi ilə keçirilən antiterror əməliyyatı zamanı Əhməd Çatayev həbs edilmişdi. Həmin əməliyyat zamanı bizim təhlükəsizlik qüvvələrimizin 3 əməkdaşı da dünyasını dəyişmişdi. 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişərkən, rəhbər vəzifəsinə rusiyalı oliqarx Bidzina İvanişvili keçəndə, yeni hökumət bir çoxları kimi onu da siyasi məhbus hesab etdiyi üçün azadlığa buraxmışdı. Mən o zaman hələ də prezident idim və onun azadlığa buraxılmasına etiraz etdim. Lakin prokurorluq bu etirazı ləğv etdi. İndi o, çoxlu günahsızın ölümünə səbəb oldu", - Mixail Saakaşvili yazıb.

Saakaşvili qeyd edib ki, hücum ərəfəsində onun 10 yaşlı oğlu da aeroportun terminalında olub. Odur ki, qubernator həmin faciədə ölən və yaralananların acısını anlayır.

Qeyd edək ki, hadisə nəticəsində 44 insanın öldüyü, 239-a yaxın insanın isə yaralandığı deyilir.

0
16