Hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ

Hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ

Temperatur 4-7 dəqiqə düşəcək.

Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən xəbərə görə, iyulun 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə düşəcək. Çaylarda sululuğun artacağı ehtimalı var. 

Bakı və Abşeron yarımadasında savah şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu 3-5 dərəcə düşəcək.  

0
10