İstanbulda anti-terror əməliyyatı: 11 əcnəbi saxlanıldı

İstanbulda anti-terror əməliyyatı: 11 əcnəbi saxlanıldı

İstanbulda Atatürk hava limanındakı terror aksiyası ilə bağlı Başakşehirdə əməliyyat keçirildi. Lent.az-ın Türkiyə mətbuatında istinadən verdiyi məlumatına görə, partlayışı törədən 3 terrorçu ilə əlaqəsi olan 11 əcnəbi vətəndaş həbs edilib.

Məlumatda bildirilir ki, İstanbul Terrorla Mübarizə İdarəsinin əməkdaşları partlayışla əlaqədar əməliyyatlar ara verilmədən aparılır. Əməliyyatlar zamanı məlum oldu ki, İŞİD-in Başakşehirde bir özəyi mövcuddur. Və buradakıların partlayışı törədənlərlə birbaşa əlaqəsi var. Əməliyyatda 11 nəfər İŞİD üzvü olan əcnəbi vətəndaş saxlanılıb.

Polislərin keçirdiyi əməliyyat zamanı Rusiya vətəndaşlarından biri 4-cü mərtəbədə eyvana çıxıb və gizlənməyə cəhd edib. Lakin polislər onu yaxalaya biliblər.

Son əməliyyatlardan sonra bu hadisə ilə bağlı saxlanılanların sayı 24 oldu.

0
10