Ankara Rusiya ilə bağlı hədəflərini açıqladı

Ankara Rusiya ilə bağlı hədəflərini açıqladı

Ankara Rusiya ilə mal dövriyyəsinin həcmini ildə 100 mlrd. dollaradək artırmaq niyyətindədir.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Bu göstəricini birgə səylərlə 100 mlrd. dollara çatdırmaq üçün bizdə bütün imkanlar və lazımi potensial var, çünki bizim ölkələrimizin iqtisadiyyatları bir-birini tamamlayır”, - deyə nazir qeyd edib.

“Türkiyə-Rusiya münasibətlərinin ədavət əsasında deyil, dostluq və əməkdaşlıq istiqamətində dəqiq inkişaf vektoru müəyyən edilməlidir –  bizim bu günə olan vəzifəmiz məhz bundan ibarətdir. Əminəm ki, hər iki tərəfdə bunun üçün lazımi baza, iqtisadi, sosial və mədəni zəmin var”, - deyə Çavuşoğlu vurğulayıb.  

0
22