Eks-prezidentin evlərində axtarış

Eks-prezidentin evlərində axtarış

Argentina polisi sabiq prezident Kristina Kirşnerə məxsus evlərdə axtarış aparır.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, axtarışlar Santa Kruz əyalətində yerləşən bir neçə evdə aparılıb. Axtarışların keçirilməsinə dair göstəriş Kirşnerin korrupsiya cinayətləri ilə mümkün əlaqəsi ilə bağlı aparılan istintaq çərçivəsində hakim Klaudio Bonadio tərəfindən verilib.   

Axtarışlar Kirşnerin övladlarına məxsus “Los Sauces” şirkətinin sənədlərinin aşkarlanması məqsədi ilə aparılır.

Hakim Klaudio Bonadio  həmçinin ölkənin sabiq iqtisadiyyat naziri Aksel Kisilof və Mərkəzi Bankın sabiq rəhbəri Alexandro Vanoli barəsində də cinayət işi qaldırıb.

0
19