Tehran, Moskva və Dəməşq Suriya ilə bağlı qrup yaratdı

Tehran, Moskva və Dəməşq Suriya  ilə bağlı qrup yaratdı

Tehran, Moskva və Dəməşq Suriyada vəziyyətin monitorinqi üzrə qrup yaradıblar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Təhlükəsizlik üzrə  Ali Şurasının katibi Əli Şamxani Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü zamanı bildirib.

Qeyd edək ki, Patruşev iyunun 27-də Moskvada Şamxani ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.

“Görüşün yekunlarına əsasən, Suriyada siyasi və təhlükəsizlik məsələlərin müzakirə olunması üçün  üçtərəfli qrupun yaradılmasına dair qərar qəbul  ediblər”, deyə Şamxani qeyd edib.

0
21