Rostovda fövqəladə vəziyyət elan edildi

Rostovda fövqəladə vəziyyət elan edildi

Rusiyanın Rostov-Don şəhərində intensiv yağışlar səbəbindən fövqəladə vəziyyət rejimi elan olunub.  

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-nin Rostov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətini məlumatında bildirilir.

Məlumata görə, fövqəladə vəziyyət rejimi yerli vaxtla 20.40-da (Bakı vaxtı ilə 21.40-da) elan olunub. Aramsız yağan leysan yağışları güclü kürəklə müşayiət olunub, küçələr və həyətyanı sahələr su altında qalıb.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Rostov-Donda operativ qərargah yaradılıb.  

0
20