“Qəbələ”dən tarixi qələbə: 5:1

“Qəbələ”dən tarixi qələbə: 5:1

“Qəbələ” 2016/17 Avrokubok mövsümünə start verib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”  Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Tarixində 3-cü dəfə Avropa arenasında iştirak hüququ qazanan “Qəbələ” ötən mövsümdəki uğuru təkrarlayıb. Ötən mövsüm 4 mərhələ adlayaraq tarix yazan və qrupa qədər irəliləyən “qırmızı-qaralar”ın bu dəfə ilk rəqibi Gürcüstan təmsilçisi “Samtredia”olub.

Roman Qriqorçukun komandası mövsümlərarası fasilədə heyətində ciddi dəyişikliklər etməsinə baxmayaraq, Gürcüstan çempionatının gümüş mükafatçısı olan “Samtredia” 5:1 hesabı ilə darmadağın edib.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

30 iyun

“Qəbələ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:1

Qollar: Stankoviç, 16, Zenyov, 19, Uiks, 30, 69, 72 - Şergelaşvili, 58

Hakimlər: Denis Şerbakov, Dmitri Juk, Yuri Xomçenko, Sergey Tsinkeviç (hamısı Belarus)

Bakı. 8-ci km qəsəbə stadionu

0
31